Yanvar ayında vaksinasiya üçün onlayn növbə götürənlərin sayı açıqlanıb

Azərbaycanda yanvar ayı ərzində COVID-19 əleyhinə vaksinasiya üçün "randevu.its.gov.az" saytı vasitəsilə onlayn növbə götürənlərin sayı açıqlanıb.

"Report"un əldə etdiyi məlumata görə, ötən ay 615 801 nəfər onlayn növbə götürüb.

Onlardan 571 272 nəfər “BioNTech”/ "Pfizer", 43 529 nəfər "Coronavac", 1000 nəfər isə "Sputnik V" vaksini vurdurmaq üçün müraciət edib.

Qeyd edək ki, bir sıra hüquq-mühafizə orqanlarında əməkdaşların randevusuz vaksinasiyası təşkil olunur.

Digər xəbərlər