ÜST: COVID-19-dan sağalanlar da peyvənd olunmalıdır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus infeksiyasına yoluxub sağalan şəxslərin peyvənd olunmasını tövsiyə edib.

“Report”un məlumatına görə, bunu ÜST-nin baş elmi işçisi Sumya Svaminatan bəyan edib.

Onun sözlərinə görə, bu tövsiyə xüsusilə COVID-19-u yüngül və ya asemptomatik formada keçirən şəxslərə aiddir:

“Bu şəxslərdə xəstəliyi ağır formada keçirənlərə nisbətən kifayət qədər güclü immunitet formalaşmır. Həmin şəxslərin də vaksinasiyaya cəlb edilməsi nəticəsində mövcud olan antitellərin sayı çoxalacaq”.

Digər xəbərlər

Mavi rəngə bürünən Bakı 03 aprel, 2026 / 00:46