Türkiyədə H1N1 virusundan üç ölüm faktı qeydə alınıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Türkiyənin Adana vilayətində H1N1 virusuna (“donuz qripi”) yoluxduğu ehtimal olunan üç nəfər xəstəxanalarda ölüb.

"Report"un NTV telekanalına istinadən verdiyi xəbərə əsasən, virusdan dünyasını dəyişən şəxslər ötən həftə yüksək qızdırma şikayəti ilə xəstəxanalara müraciət ediblər.

Ölənlərdən ikisinin suriyalı, birisini isə türkiyəli hamilə qadın olduğu bildirilir.

Onların təhlükəli virusa yoluxduğunu laborator müayinələr hələki təsdiqləməyib. 

Digər xəbərlər