Türkiyədə bir gündə 1 443 nəfər COVID-19-a yoluxdu

Son gün ərzində Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 6 139 nəfərə çatıb.

Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 443 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 259 692-ə yüksəlib.

Digər xəbərlər