Teymur Musayev: "Səhiyyə qurumlarının tranformasiya ofisi yaradılacaq"

"Yaxın günlərdə Səhiyyə Nazirliyində müvafiq səhiyyə qurumlarının da səlahiyyətli nümayəndələrinin iştirakı ilə “Səhiyyənin Transformasiyası Ofisi”nin yaradılması nəzərdə tutulur". 

"Report" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq qurumlar arasındakı koordinasiyalı fəaliyyətin və sahəvi idarəetmənin təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verilir: "Bu fəaliyyət bütün səhiyyə qurumları arasındakı münasibətləri optimallaşdiraraq vətəndaşların səhiyyə sistemindən məmnunluğunu təmin edəcək".

Digər xəbərlər