Sumqayıtda güclü külək nəticəsində ağacın budaqları sınaraq 10 yaşlı uşağın başına düşüb.
"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon deyilən ərazisində qeydə alınıb.
Sumqayıt Şəhər Xəstəxanasına çatdırılan xəstəyə qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub.
Hazırda qızın müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, huşu aydındır.
Vəziyyəti orta-ağırdır.