Prezidentin köməkçisi: "Koronavirusdan ölənlərin 99%-i vaksin vurdurmayanlardır"

“Azərbaycanda koronavirus əleyhinə vaksinasiya başlayandan bu günə qədər koronavirusdan ölənlərin 99%-i vaksin vurdurmayan şəxslərdir”.

“Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

"Bu bir daha göstərir ki, doğru seçim peyvəndlənmədir", - deyə o qeyd edib.

Ş.Mövsümov həmçinin sentyabra qədər bir sıra müəssisələrdə məcburi peyvəndlənmə olacağını da bildirib.

Digər xəbərlər