Ötən ay vaksin vurdurmaq üçün növbə götürənlərin sayı açıqlanıb

Ötən ay Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbə götürənlərin sayı məlum olub.

“Report”un məlumatına görə, may ayında ümumilikdə 9 140 nəfər onlayn növbəyə yazılıb.

Növbə götürənlərin 8 143-ü CoronaVac, 996-sı Biontech/Pfizer, 1-i sə Sputnik vaksini üçün müraciət edib.

Həmin müddətdə 17 754 nəfər koronavirus üçün PZR analizinin nəticəsini onlayn qaydada əldə edib.

Digər xəbərlər