Naxçıvan Muxtar Respublikasında (MR) son 3 ay ərzində 26 zəhərlənmə hadisəsi qeydə alınıb.
Bu barədə "Report"un yerli bürosuna muxtar respublikanın Yoluxucu Xəstəliklər Mərkəzi Publik Hüquqi Şəxsin rezident-həkim infeksionisti Tahirə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, qeydə alınan halların əksəriyyətinin qarpız və saxlanma şəraitinə düzgün riayət olunmayan qidaların qəbulu ilə əlaqəli olduğu müəyyən edilib.