Naxçıvanda baş həkim vəzifəsindən azad olunub

“Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” Publik Hüquqi Şəxsin baş həkimi Kəmalə Qurbanova vəzifəsindən azad edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Samiq Sadıxov əmr imzalayıb.

Baş həkim vəzifələrinin müvəqqəti icrası baş həkimin müavini Nəzakət Quliyevaya həvalə olunub.

Digər xəbərlər