2018-ci ildə kişilərlə müqayisədə qadınlar arasında cərrahi müdaxilələrin sayı 2,1 dəfə çox qeydə alınıb.
''Report'' xəbər verir ki, bu barədə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) hesabatında qeyd edilib.
Hesabata əsasən, cərrahi əməliyyatlarda həzm sisteminin xəstəlikləri üzrə cərrahi əməliyyatlar 29,3 faiz, göz xəstəlikləri üzrə cərrahi əməliyyatlar 13,4 faiz, sidik-cinsiyyət sisteminin xəstəlikləri üzrə cərrahi əməliyyatlar 13,1 faiz və yeni törəmələri sinifləri üzrə cərrahi əməliyyatlar 11,1 faiz olub.
Cərrahi əməliyyatların 38 faizi mərkəzi rayon xəstəxanalarında, 24 faizi Bakı şəhəri xəstəxanalarında, 19 faizi bazaya daxil olan özəl klinikalarda, 16 faizi isə doğum evlərində qeydə alınıb.