"Azərbaycanda koronavirusla mübarizə tədbirlərində yaxından iştirak edən tibb işçilərinin təltif edilməsi gündəmdədir".
"Report" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tibb işçilərinin fəaliyyəti daim dövlət başçısının diqqətindədir.