Media nümayəndələri qrip əleyhinə vaksinasiyada iştirak edib.
"Report" xəbər ki, vaksinasiya prosesi oktyabrın 13-də 1 nömrəli şəhər poliklinikasında keçirilən "Açıq Qapı" Günündə baş tutub.
Qeyd edək ki, oktyabrın 8-dən paytaxt Bakı və regionlarda ərazi üzrə ilkin səhiyyə xidməti göstərən TƏBİB tabeli tibb müəssisələrində qrip əleyhinə peyvəndlənmə prosesi başlayıb.
Xatırladaq ki, peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.