İmran Abdullayev: "Dövlət və özəl bağçalarda xüsusi qida rasionlarında müəyyən çatışmazlıqlar var"

Bakı. 21 dekabr. REPORT.AZ/ "Dövlət və özəl bağçalarda xüsusi qida rasionlarında müəyyən çatışmazlıqlar var". 

"Report" xəbər verir ki, bu sözləri Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi İmran Abdullayev dekabrın 21-də keçirdiyi mətbuat konfransında deyib.

"Bütün bağçalarda azyaşlılar üçün xüsusi menyuların tərtibinə diqqət ayrılır. Aparılan araşdırmalar zamanı müəssisələrdə bu normaları pozan rəhbərliklər müvafiq normalara uyğun cəzalandırılır. Hər bağçada uşaqların yaş həddi, orqanizmi nəzərə alınır. Qida rasionu azyaşlılar üçün olduqca önəmlidir və bu kimi norma pozuntuları kəskin şəkildə işıqlandırılmalıdır", - o qeyd edib.

İ.Abdullayev bildirib ki, bağçalarda zəhərlənmə halları da qidaların standartlara uyğun şəkildə saxlanılmaması ilə əlaqəlidir: "Ötən illə müqayisədə bu il belə şikayətlər azalıb".

Digər xəbərlər