Fəxrəddin Koca müayinə edilən azərbaycanlı xilasedicilərin səhhəti ilə maraqlanıb

Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkənin Kahramanmaraş şəhərində fəaliyyət göstərən mobil səhra hospitalarında müayinə olunan xilasedicilərimizə baş çəkib.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, nazir müayinə olunan şəxslərin səhhəti ilə yaxından tanış olub.

Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Kocaya xəstələrin səhhəti ilə bağlı məlumat verib.

Digər xəbərlər