“Yeni doğulmuş uşaqda qalxanabənzər vəzi gec aşkarlandıqda ömürlük əqli gerilik baş verə bilir”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.
Onun sözlərinə görə, bu xəstəliyin genetik yolla uşağa keçməsi halları da çox olur.
"Ona görə də əlamətlər müşahidə ediliyi zaman həkimə müraciət edilməli, müalicə aparılmalıdır", - A.Əkbərzadə vurğulayıb.