Baş mama-ginekoloq: "Vaxtından əvvəl doğulan körpələrdə fetal exokardioqrafiyaya böyük əhəmiyyət verilir"

Bakı. 19 noyabr. REPORT.AZ/ “Vaxtından əvvəl doğulan körpələrin təxminən yarısında yarımçıqlıq əlaməti kimi bir sıra qüsurlar qalır”. 

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin baş həkimi Sevinc Məmmədova deyib. 

Onun sözlərinə görə, bu problemlərə ürəklərində bəzi pərdə və pəncərələrin açıq qalması da aiddir: "Uşaqlarda həmin problemləri erkən aşkarladıqda və düzgün müalicə etdikdə onlar ömürlərinin sonunadək ürək qüsurlarından qaçmış olur və sağlam böyüyürlər. Bu səbəbdən fetal exokardioqrafiyaya böyük əhəmiyyət verilir".

Digər xəbərlər