Baş direktor: "COVID-19 dövründə narkotik istifadəçiləri yüksək risk qrupuna daxildilər"

COVID-19 pandemiyası dövründə narkotik istifadəçiləri yüksək risk qrupuna daxildirlər.

"Report" xəbər verir ki, bu barədə Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov məlumat verib.

O bildirib ki, narkotik asılılıq immunitet zəifliyinə səbəb olur:

"Ümumiyyətlə, narkotik istifadəçiləri QİÇS və bir çox infeksion xəstəliklərə yoluxma riski xeyli yüksəkdir. Bəşəriyyətin hazırda bir nömrəli bəlasına çevrilən COVID-19 pandemiyası dövründə narkotik istifadəçiləri yüksək risk qrupuna daxildilər. Eyni zamanda, asosial davranışları nəticəsində infeksiyanın yayılmasına (karantin rejiminə riayət etməməklə) səbəb ola bilərlər".

Digər xəbərlər