Bakıda və Abşeronda yerləşən çimərliklərdə monitorinqlər aparılıb.
"Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.
Onun sözlərinə görə, respublika ərazisində olan çimərliklərin də monitorinqləri aparılıb: "Monitorinqlər zamanı nümunələr çimərliyin üç nöqtəsindən götürülüb".