Təxminən, bir həftəyə yaxın koma vəziyyətində olan 3 aylıq körpənin həyatı xilas olunub.
Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Mərkəzin nəzdində olan 2 saylı Uşaq Klinik Xəstəxanasının həkimləri olduqca ağır vəziyyətdə gətirilən 18.02.2022-ci il təvəllüdlü körpədə ikitərəfli bronxopnevmoniya, ikitərəfli atalektaz, sağ tərəfə ağciyərin dislokasiyası diaqnozunu qoyublar. Eyni zamanda qıcolma sindromundan əziyyət çəkən körpə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib və ciddi nəzarətə alınıb.
Həyat əlamətləri yetərincə aşağı olan körpə may ayının 9-da süni tənəffüs aparatına bağlanıb və 6-7 gün boyunca zondla qidalandırılıb.
Ümidlərini itirməyən həkimlərin davamlı və düzgün müalicəsi nəticəsində ötən gün körpə həyata qaytarılıb.
Hazırda körpənin vəziyyəti tam stabildir və reanimasiyadan çıxarılaraq müalicəsinin davam etdirilməsi üçün xəstəxananın Patologiya şöbəsinə köçürülüb.
Qeyd edək ki, körpənin bütün müayinə və müalicə xərcləri icbari tibbi sığorta tərəfindən qarşılanıb.
Bakıda bir həftə komada qalan 3 aylıq körpənin həyatı xilas edilib
Digər xəbərlər
Anar Bayramov Qubada vətəndaşları qəbul edib
16 oktyabr, 2026 / 17:37
Xocavənddə ilk tibbi müayinə köşkü quraşdırılıb
16 oktyabr, 2026 / 15:58
Azərbaycanda təcili tibbi yardım briqadaları planşet və naviqasiya sistemləri ilə təchiz olunacaq
16 oktyabr, 2026 / 12:09
Nazirlik: Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub
16 oktyabr, 2026 / 11:03
Lənkəranda toyuq kəsimi sexinin fəaliyyəti dayandırılıb
15 oktyabr, 2026 / 15:55
Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib
14 oktyabr, 2026 / 16:14
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
14 oktyabr, 2026 / 09:50
Yeni doğulmuş körpə üzərində mürəkkəb cərrahi əməliyyat keçirilib
13 oktyabr, 2026 / 18:00
AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizə üzrə monitorinqlər intensivləşdirilib
13 oktyabr, 2026 / 17:06
Azərbaycanda avqust-sentyabr aylarında 65 mindən çox uşaq vaksinasiyaya cəlb olunub
13 oktyabr, 2026 / 12:03
Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşıb
13 oktyabr, 2026 / 10:44
TƏBİB: Bu ilin ilk 8 ayında əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib
13 oktyabr, 2026 / 10:04
Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı ixtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib
12 oktyabr, 2026 / 18:23
Bakıda Ürək transplantasiyası həftəsi keçiriləcək
12 oktyabr, 2026 / 17:52
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edilib
12 oktyabr, 2026 / 17:04
Azərbaycanda 2 101 nəfər artrit xəstəliyi ilə əlaqədar qeydiyyatdadır
12 oktyabr, 2026 / 14:41
Diabetə uğurlu nəzarətin gözlənilməz amili müəyyən edilib
12 oktyabr, 2026 / 06:15
Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73, Azərbaycanda 77 ili ötüb
10 oktyabr, 2026 / 09:35
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ
09 oktyabr, 2026 / 18:10
Kubalı voleybolçu Azərbaycanda reabilitasiya keçib
09 oktyabr, 2026 / 15:51