"Peyvənd yaşının aşağı salınmasına lüzum görmürük”.
Bunu “Report”un sualına cavab olaraq səhiyyə naziri Teymur Musayev bildirib.
O, Azərbaycanda koronavirusa görə peyvənd vurduran yeniyetmələrin sayını açıqlayıb: "Bu günə olan statistikaya əsasən, 601 yeniyetmə vaksinasiyadan keçib. Onlarda heç bir fəsad müşahidə edilməyib".