Bakı. 12 oktyabr. REPORT.AZ/ "Dünyada artrit xəstəliyindən əziyyət çəkənlərin sayı son 20 ildə 2 dəfə artıb". "Report" xəbər verir ki, bunu Respublika Klinik Xəstəxanasında keçirilən tədbirdə xəstəxanasının baş həkimi Telman İbadov deyib.
O bildirib ki, artroz və artritlər oynaqların son illərdə təsadüf edilən ən geniş yayılmış xəstəlikləridir: "Artrit - oynaqda yaranan iltihabi prosesdir. Bu proses nəticəsində oynaq şişir, hərəkət məhdudluğu yaranır. Artritin əlamətləri şişkinlik, formanın dəyişməsi, ağrı, oynaq səthinin qızarması, hərəkət məhdudluğudur. Bu xəstəliklər müxtəlif yaş qrupunda insanlarda rast gəlinə bilər. Artroza daha yaşlılar, doğuşdan sonrakı dövrdə qadınlar, klimakterik dövrdə qadınlar, tez-tez soyuqdəymə ilə xəstələnənlər məruz qalır, buna səbəb immun sistemin zəifləməsidir. Artrozların ilkin əlamətləri – yüngül keçici ağrılar, hərəkətlər zamanı oynaqların mütəmadi olaraq şıqqıltısıdır. Bu mərhələdə aparılan profilaktika tədbirləri əksər hallarda xəstəliyin qarşısını almış olur. Tədbirlər görülməzsə, bu proses illərlə davam edir, daha da güclənir, daimiləşir, sutkalarla davam edir, hətta gecələr də keçmir. Bu xəstəliklərin proqressivləşməsi isə bir çox hallarda əlilliyə gətirib çıxarır".
Həkimin sözlərinə görə, bu ilin 9 ayı ərzində xəstəxanada 142 xəstə müxtəlif mənşəli artrit xəstəlikləri ilə bağlı stasionar müalicə alıblar: "Ötən il isə 221 nəfər Respublika Klinik Xəstəxanasında artrit xəstəliyi ilə bağlı stasionar müalicə alıblar. Müraciət edənlərin 27 faizində revmatoit artrit rast gəlinir".
T.İbadov qeyd edib ki, bu xəstəlik kişilərdə gənc yaşlarda, qadınlarda isə daha yuxarı yaşlarda daha çox rast gəlinir: "Artrit müalicəsinin nəticəsi müsbət olur, artrozda isə vəziyyət fərqlidir, şikəstliyə qədər gəlib çıxa bilər".
Azərbaycanda artrit xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlanıb
Digər xəbərlər
AQTA yanında İctimai Şuranın iclası keçirilib
27 oktyabr, 2026 / 18:05
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər
25 oktyabr, 2026 / 04:30
Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib
24 oktyabr, 2026 / 16:05
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
22 oktyabr, 2026 / 16:18
Anar Bayramov Özbəkistanda uşaqların rifahına həsr olunan Ümumdünya Sammitdə iştirak edib
22 oktyabr, 2026 / 12:15
Yaxşı eşitmə qabiliyyəti - fəallıq və uzunömürlülük üçün
22 oktyabr, 2026 / 10:23
Azərbaycana qripə qarşı vaksinlər gətirilib, peyvəndləmə başlanır - Rəsmi
21 oktyabr, 2026 / 14:13
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
20 oktyabr, 2026 / 11:39
Azərbaycanda yanvar-sentyabrda 37 613 uşağa reabilitasiya xidmətləri göstərilib
20 oktyabr, 2026 / 11:29
Müşfiqabadda bağçada nöqsanlar aşkarlanıb
20 oktyabr, 2026 / 10:22
Səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi: Yeni mərhələnin strateji hədəfləri
19 oktyabr, 2026 / 17:52
Səhiyyədə struktur dəyişiklikləri dövlətin uzunmüddətli islahatının yeni mərhələsidir - Rəy
19 oktyabr, 2026 / 16:24
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19 oktyabr, 2026 / 14:35
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19 oktyabr, 2026 / 11:22
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19 oktyabr, 2026 / 11:18
Tədqiqat: Bəzi fabrik məhsulları bağırsaq xərçəngi riskini azalda bilər
19 oktyabr, 2026 / 06:18
Sabahkı hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
18 oktyabr, 2026 / 17:02
Anar Bayramov Qubada vətəndaşları qəbul edib
16 oktyabr, 2026 / 17:37
Xocavənddə ilk tibbi müayinə köşkü quraşdırılıb
16 oktyabr, 2026 / 15:58