“Vaxtından əvvəl doğulmuş uşaqlara hepatit B peyvəndinin vurulması məsləhət görülmür”.
“Report” xəbər verir ki, bunu Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev deyib.
O bildirib ki, ümumiyyətlə xaricdə də bu peyvəndi 2 kiloqramdan aşağı doğulan uşaqlara vurmamaq tövsiyə olunur: “Çünki bu peyvənd vurulsa belə, immunitet tam formalaşmadığı üçün peyvəndə qarşı immun yaranmır. Bu zaman yenidən peyvənd vurdurmaq məsləhət olunur”.