İraqın Bəsrə bölgəsində Kərbəlaya ziyarətə gedən İran zəvvarlarını aparan avtobusun qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, 3 nəfər yaralanıb.
“Report” “hamshahrionline”a istinadən xəbər verir ki, bunu İranın Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Əməliyyatların İdarəetmə və Koordinasiyası Mərkəzinin direktoru Hüseyn Derəxşən bildirib.
Onun sözlərinə görə, 2 avtomobil və bir yük maşını İran zəvvarlarını aparan avtobusla toqquşub. Yaralılar İranın İraqla sərhədində yerləşən Şalamçe şəhərində hospitala yerləşdiriliblər.