İranın xarici işlər naziri sabah Türkiyəyə səfər edəcək

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif sabah Türkiyəyə səfər edəcək.

“Report” xəbər verir ki, məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb. 

İranlı nazirin səfər proqramı açıqlanmayıb. Ancaq M.Zərifin Ankarada ikitərəfli əlaqələri, regional və beynəlxalq hadisələri, əsasən də Suriyadakı vəziyyəti müzakirə edəcəyi gözlənilir. 

Digər xəbərlər