Ukrayna ordusunun ərazi müdafiə qüvvələrinin komandanı vəzifəsindən azad edilib

Prezident Volodimir Zelenski general-mayor İqor Tansyuru Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı təyin edib.

“Report”un məlumatına görə, bu barədə “RBC-Ukraina” müvafiq fərmanlara istinadən xəbər verir.

Dövlət başçısının imzaladığı fərmanla Yuri Qaluşkin Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı vəzifəsindən azad edilib.

Briqada generalı Yuri Qaluşkin bu il yanvarın 1-də Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı təyin olunmuşdu.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49