Zelenski: Ukrayna Rusiyanın raket hücumuna görə BMT TŞ-nin fövqəladə iclasının çağırılması təşəbbüsü ilə çıxış edir

Ukrayna Rusiya Silahlı Qüvvələrinin bugünkü raket hücumu, o cümlədən Kiyevdəki “Oxmatdet” uşaq xəstəxanasına hücumu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının (TŞ) fövqəladə iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edir.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik sazişinin imzalanmasından sonra Polşanın Baş naziri Donald Tusk ilə birgə mətbuat konfransı zamanı deyib.

“Ukrayna indi Rusiyanın mülki infrastruktura, o cümlədən uşaq xəstəxanasına hücumu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılması təşəbbüsü ilə çıxış edir”, - o bildirib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49