Zaxarova: "Rusiya, Türkiyə, İran və Suriya XİN başçılarının görüşünə hazırlıq gedir"

"Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin görüşünə hazırlıq gedir".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, görüşün tarixi və keçiriləcəyi məkan bəradə danışmaq hələ tezdir.

Xatırladaq ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sözügedən görüşün mayın 10-da Moskvada keçiriləcəyini bildirmişdi.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49