Yunanıstanın Ankaradaki fövqəladə və səlahiyyətli səfiri Xristodulos Lazaris Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə "Report"un yerli bürosuna Türkiyə XİN-dən məlumat verilib.
Qeyd olunub ki, Yunanıstan tərəfinin PKK başda olmaqla terror təşkilatlarına verdiyi maddi-mənəvi dəstək və paytaxt Afinada, Türkiyə səfirliyi yaxınlığında PKK tərəfdarlarının keçirdiyi aksiyalar səfirin diqqətinə çatdırılıb və xəbərdarlıq edilib.