Yerevanda yataqxanada yanğın olub

Ermənistanda yataqxanada yanğın baş verib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə aprelin 10-da səhər saatlarında paytaxt Yerevanın Ayvazovsk küçəsində yerləşən yataqxanada baş verib. Nəticədə 4-cü mərtəbədə bir mənzilin qapısı, qonaq otağı və qonşu mənzilin mətbəxi, 5-ci mərtəbədə isə mənzilllərdən birinin pəncərəsi yanıb. Yanğının söndürülməsinə 4 yanğınsöndürən briqada cəlb olunub. Xəsarət alanlara yardım göstərilib.

Hadisənin səbəbi araşdırılır.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24