Yerevanda xəstəxanada partlayış olub, ölən var

Bakı. 25 sentyabr. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevanda “Surb Qriqor Lusavoriç” xəstəxanasında partlayış baş verib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisəyə oksigen balonunun səbəb olduğu bildirilib. 

Polis partlayış nəticəsində 31 yaşlı xəstəxana əməkdaşının öldüyü barədə məlumat yayıb.

Hadisənin səbəbi araşdırılır.

Digər xəbərlər