Yerevan apteklərində tibbi maska qıtlığı yaranıb.
“Report” xəbər verir ki, bu barədə “Novosti Armenii” məlumat yayıb.
Bildirilib ki, Yerevan apteklərinin çoxunda tibbi maska yoxdur:
“Yalnız iki aptekdə 300 drama (62 sent, yaxud 1,05 AZN) satırdılar. Başqa bir aptekin əməkdaşlarının sözlərinə görə, rəhbərlik maskanın birini 500 drama (1,76 AZN, yaxud 1,03 ABŞ dolları) satmağı tapşırıb”.