Yerevanda “Erebuni” aerodromunda Rusiyanın eyni adlı hərbi aviabazasının anqarının dam örtüyündə yanğın olub.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, hadisə yerinə 10 yanğınsöndürən cəlb edilib.
Yanğının səbəbi barədə məlumat yoxdur.