Yerevanda kişi özünü asaraq intihar edib

Bakı. 13 iyul. REPORT.AZ/ Yerevanda ağacdan asılmış kişi meyiti tapılıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, kişi qohumlarına intihar edəcəyinə söz verib və bir qədər sonra onu ağacdan asılmış vəziyyətdə tapıblar.

Meyit Arabkir inzibati rayonunda, Kanaker SES-in yaxınlığındakı bağların birində axşam saatlarında aşkar edilib.

Hadisə yerinə gələn polis mərhumun 45 yaşlı Yerevan sakini Armen olduğunu müəyyənləşdirib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Nikol Paşinyan Brüsselə yollanıb 03 noyabr, 2026 / 09:47