Yerevanda Armavir vilayətinin keçmiş qubernatorunun oğlunun avtomobili qarət edilib.
Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, şəhər Polisinin Mərkəzi Bölməsinə 59 yaşlı Petik B-dən naməlum şəxsin və ya şəxslərin sentyabrın 5-dən 6-a keçən gecə Byuzanda küçəsində 45 yaşlı Karen Aqramanyana məxsus "Volkswagen Tuareg" avtomobilinin qarət edilməsi barədə məlumat daxil olub.
Karen Aqramanyan Armavir vilayətinin sabiq qubernatoru, general-mayor Aşot Aqramanyananın oğuludur. K.Aqramanyan bildirib ki, ona 200000 dram məbləğində zərər vurulub.