Yerevanda günorta saatlarında atışma olub

Ermənistanın paytaxtı Yerevanda polis əməkdaşı ilə atışma olub.

“Report” xəbər verir ki, məlumatı “shamshyan” saytı yayıb.

Bildirilib ki, yerli vaxtla saat 11:15-də atışma barədə polisə məlumat daxil olub. Hadisə yerinə polisin əməliyyat qrupu gedib.

Adı çəkilməyən şəxs tutulub.

Hadisə yerindən avtomat, qumbara, ov tüfəngi, güllə və başqa sursat aşkarlanıb.

Digər xəbərlər