Bakı. 24 sentyabr. REPORT.AZ/ Ermənistanın İstintaq Komitəsində Yerevan Vernisajında baş vermiş qətl işi üzrə 60 yaşlı R.Xaçaturyana qarşı ittiham irəli sürülüb.
"Report"un məlumatına görə, bu haqda komitədən "News.am"a xəbər verilib.
Sentyabrın 14-də Yerevanın mərkəzində, Vernisajın yaxınlığındakı mehmanxanada atışma olub. Atışma zamanı 1974-cü il təvəllüdlü Qaqik Mosinyan öldürülüb. 1978-ci il təvəllüdlü Vaaqn Abqaryan isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
İstintaq qətlin əvvəlcədən hazırlandığını müəyyən edib. Faktla bağlı üç şübhəli şəxs barəsində axtarış elan edilib.
Onlardan biri – R.Xaçatryan həbs edilib və istintaqa təhvil verilib. Artıq o, sorğu-sual edilir.
İstintaq davam edir.