Bakı. 2 may. REPORT.AZ/ Karen Demirçyan adına Yerevan Metropoliteni əməkdaşları tətil elan ediblər.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar müxalifətin etiraz aksiyasına qoşulublar.
Məlumata görə, mayın 2-dən metronun 10 stansiyası bağlanıb. Metropolitenin məsul şəxsləri vəziyyətlə bağlı açıqlama verməkdən imtina ediblər.
Qeyd edək ki, saat 19:00-da Yerevanda Respublika meydanında müxalifətin mitinqi keçiriləcək. Aksiya iştirakçılarının mitinqə getməsini asanlaşdırmaq üçün müxalifət saat 17:00-dan sonra yolları açacaq.