NATO-nun Baş katibi Türkiyəyə gedəcək

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyəyə gedəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveç və Finlandiyanın Alyansa üzvlüyünü müzakirə edəcək.

Baş katib Türkiyə, İsveç və Finlandiya ilə sıx təmasda olduğunu bildirib: "Türkiyə, İsveç və Finlandiya ilə üçtərəfli formatda müzakirələr aparmasından şadıq".

Qeyd edək ki, Yens Stoltenberqin Türkiyəyə səfərinin tarixi hələ ki, açıqlanmayıb.

Digər xəbərlər

Zelenski Putini Kiyevə dəvət edib 30 yanvar, 2026 / 12:27