Rusiya ABŞ-ın Ukraynadakı fəaliyyəti ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Rusiya hipersəs silahlarının yaradılmasında ABŞ-ı xeyli qabaqlayıb. Rusiya ABŞ-ın Ukraynadakı hərbi-bioloji fəaliyyəti ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasının açıq iclaslarında qaldırmaq niyyətindədir. ABŞ-dakı demokrat neomühafizəkarlar Ukrayna rəsmilərindən istifadə edərək ABŞ Prezidenti Cozef Baydenə təzyiq göstərir və onu Kiyevə çoxsaylı raket sistemləri verməyə razı salmağa çalışırlar”, - diplomat vurğulayıb.