Xersonda güclü partlayış olub

Ukraynanın müvəqqəti işğal olunmuş Xerson şəhərində güclü partlayış olub.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, ətrafı qara tüstü bürüyüb.

Gün ərzində Xarkov, Nikolayev, Zaporejye və digər ərazilərdə də oxşar hadisələr baş verib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ordunun təkcə Xersonda deyil, digər istiqamətlərdə də əks-hücum əməliyyatlarına başladığını söyləmişdi.

Digər xəbərlər