Barselonada 55 yaşlı Gürcüstan vətəndaşı koronavirusdan ölüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.
O deyib ki, dünyasını dəyişən şəxs onkoloji xəstə olub.
Qeyd edək ki, bununla ölkə xaricində COVID-19 infeksiyasından dünyasını dəyişən Gürcüstan vətəndaşlarının sayı yeddiyə çatıb.