Vyetnamda koronavirusdan ilk ölüm faktı qeydə alınıb

Vyetnamda yeni növ koronavirusun səbəb olduğu pandemiya dövründə ilk dəfə COVID-19 xəstəsi infeksiyanın qurbanı olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Vietnam News” nəşri yazıb.

Qeyd olunub ki, ölüm faktı barədə Vyetnamın COVID-19-un yayılmasının qarşısının alınması və profilaktikası üzrə komitəsi məlumat verib. Bildirilib ki, 428 nömrəli xəstə ölüb.

Qeyd edək ki, Vyetnamda pandemiya zamanı 509 nəfər, o cümlədən iyulun 25-dən 31-dək 93 nəfər koronavirusa yoluxub.

Digər xəbərlər

Zelenski Kiprdə səfərdədir 07 yanvar, 2026 / 12:15