Avropa Parlamentindəki ən böyük siyasi qrup olan Avropa Xalq Partiyası Ukrayna Prezidenti Volodimir Zelenskiyə fikir azadlığına görə "Saxarov" mükafatının verilməsini təklif edib.
“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə məlumat Avropa Xalq Partiyasının saytında yer alıb.
Avropa Parlamentinin üzvü Rasa Jukneviciene V.Zelenskinin bu mükafata layiq olduğunu söyləyib.
Qeyd edək ki, Avropa Parlamenti 1988-ci ildən "Saxarov" mükafatını insan hüquqlarını və əsas azadlıqlarını müdafiə edən şəxslərə və təşkilatlara verir.
2021-ci ildə bu mükafatı Rusiyanın əsas müxalifətçisi Aleksey Navalnı alıb.