Zelenski Litvaya gedib

Ukrayna Prezidenti Volodimir Zelenski "Buxarest doqquzluğu" və Skandinaviya ölkələrinin sammitində iştirak etmək üçün Vilnüsə gedib.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Sergey Nikiforov bildirib.

"Litva paytaxtında keçiriləcək sammit çərçivəsində tədbir iştirakçıları ilə ikitərəfli görüşlər planlaşdırılıb", - o qeyd edib.

Daha əvvəl verilən məlumata görə, sammit zamanı Alyansın şərq cinahının təhlükəsizliyinin və müdafiəsinin gücləndirilməsi, Ukraynaya dəstək və digər məsələlər müzakirə olunacaq.

Digər xəbərlər

Qaziantepdə zəlzələ olub 25 yanvar, 2026 / 22:03
İranda 2 İŞİD üzvü edam edilib 24 yanvar, 2026 / 10:43