Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniya Baş naziri Boris Conson arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı tviter hesabında yazıb.
“Güclü dəstəyə görə Boris Consona təşəkkür etdim. Biz müharibə əleyhinə koalisiyanı gücləndirmək və sülhü təmin etmək məqsədimizə sadiqik”, - o bildirib.