Vladimir Putin Ukraynada müharibəyə gecə-gündüz şəxsən nəzarət etdiyini açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi əməliyyat zamanı vəziyyətə gecə-gündüz şəxsən nəzarət etdiyini bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bunu “Rossiya-1” telekanalına müsahibəsində deyib.

V.Putin söyləyib ki, günü xüsusi əməliyyata nəzarət etməklə başlayır və belə bitir.

“Mənim prioritetim Ukraynadakı vəziyyətdir”, - Rusiya lideri vurğulayıb.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40