Vladimir Putin: "Səfirin qətlə yetirilməsi Rusiya və Türkiyə arasındakı ikitərəfli münasibətlərə təsir etməyəcək"

Bakı. 23 dekabr. REPORT.AZ/ "Səfirimizin qətlə yetirilməsi, fikrimcə, Rusiyaya və Rusiya-Türkiyə münasibətlərinə qəsdən edilmiş hücum idi".

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətlə yetilməsini şərh edərkən deyib.

O bildirib ki, əvvəllər Türkiyə hökumətinin Suriya-Türkiyə sərhədində hərbi təyyarəni vurmaq əmri vermədiyinə şübhə ilə yanaşırdım, amma son hadisələrdən sonra fikrim dəyişib: "İndi, səfirə hücumdan sonra fikrimi dəyişməyə başlamışam. Destruktiv elementlərin dövlət strukturlarına, o cümlədən hüquq-mühafizə orqanlarına nüfuz etməsi dərin xarakter daşıyır".

V.Putin həmçinin səfirin qətlə yetirilməsinin Rusiya və Türkiyə arasındakı ikitərəfli münasibətlərə təsir göstərməyəcəyini bildirib.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49