Vanda güclü partlayış nəticəsində yaralananların sayı 48-ə çatıb - VİDEO - YENİLƏNİB-2

Bakı. 12 sentyabr. REPORT.AZ/ Son məlumata görə, Türkiyənin Van əyalətində baş verən partlayış nəticəsində yaralananların sayı 48-ə çatıb. "Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, yaralılardan iki nəfəri polisdir.

Partlayışın PKK terrorçuları tərəfindən törədildiyi ehtimal olunur.

*** 13:52

Bakı. 12 sentyabr. REPORT.AZ/ Türkiyənin Van əyalətində AKP-nin yerli şöbəsi ilə valiliyin inzibati binasının arasında  partlayış olub.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, partlayıcı qurğu yerləşdirilmiş avtonəqliyyat vasitəsi ilə edilən hücumda 2-si ağır olmaqla 27 nəfər yaralanıb.

AKP-nin Vandan seçilən millət vəkili Burhan Kayatürk deyib ki, hücumda əsas hədəf partiyanın inzibati binası və onu qoruyan polislər olub.

*** ilk xəbər saat 12:33-də yayımlanıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Türkiyənin Van şəhərində güclü partlayış baş verib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə AKP-nin yerli şöbəsi ilə valiliyin inzibati binasının arasında qeydə alınıb.

Əraziyə çoxlu sayda təcili yardim maşını cəlb edilib.

İlkin məlumata görə, hadisə nəticəsində azı 11 nəfər yaralanıb.

Digər xəbərlər