Gürcüstanda ötən sutkada daha 499 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 7 pasiyent vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 282 260-a, ölənlərin sayı isə 3 785-ə çatıb.
Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 437 nəfər artaraq 273 604 olub.